Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artması fonunda kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Türkiyənin Dardanel boğazından Qara dənizə kommersiya gəmiçiliyinə nəzarəti sərtləşdirdiyi bildirilir.
Məlumata görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın Novorossiysk limanına gedən bəzi gəmilərə boğazlardan keçid icazəsi vermir və bir sıra müraciətləri əlavə yoxlamaya göndərir.
Qərarın Qara dənizdə Rusiya və Ukrayna tərəfindən kommersiya gəmilərinə qarşı hücumların artması ilə bağlı olduğu bildirilir.
Məhdudiyyətlərin nə qədər davam edəcəyi və bütün kommersiya gəmilərinə, yoxsa yalnız müəyyən istiqamətlərə şamil olunacağı barədə rəsmi açıqlama verilməyib.
Günay Əli
KONKRET.az
