Ukraynanın Ankaradakı səfiri Nəriman Celal Qara dənizdə Türkiyə gəmilərinə qarşı həyata keçirilən hücumlarla bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbə məlumat yayıb.
Qeyd edilib ki, səfirin XİN-ə çağırılmasına avqustun 26-da Qara dənizin Tuapse sahillərində Türkiyəyə məxsus “Lider Bordo Mavi” gəmisinin hücuma məruz qalması səbəb olub. Ertəsi gün isə həmin gəmiyə yardım üçün göndərilən “Lider Kocatepe” gəmisi də hədəfə alınıb.
Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə bildirilib.
Bununla yanaşı, Qara dənizdə can və mal təhlükəsizliyinin, gəmiçilik fəaliyyətinin və ətraf mühitin qorunmasının təmin edilməsinin vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Türkiyə XİN-dəki mənbə qeyd edib ki, görüş zamanı bu istiqamətdə lazımi xəbərdarlıqlar edilib.
KONKRET.az
