Qara dənizdə Türkiyəyə məxsus gəmi ATƏŞƏ TUTULDUbackend

Qara dənizdə Türkiyəyə məxsus gəmi ATƏŞƏ TUTULDU

Qara dənizdə Marşal adaları bayrağı altında üzən türk gəmisinə bomba atıldığı bildirilib.

KONKRET.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, gəmi Odessadan Rumıniyaya doğru hərəkət edirmiş.

Bombanın düşməsi nəticəsində gəminin anbarı zədələnib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Bölgədən uzaqlaşan gəmi Rumıniya istiqamətində yoluna davam edib.

Gəmidə 8 türk, 11 filippin və 11 ukraynalının olduğu bildirilir./APA/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*