“Qara taun” və onun mənbəyinin 700 illik sirri açıldıbackend

"Qara taun" və onun mənbəyinin 700 illik sirri açıldı

Tədqiqatçılar 14-cü əsrin ortalarında Avropa, Asiya və Şimali Afrikada yayılan tarixin ən ölümcül epidemiyası olan “Qara taun” (Qara ölüm) mənşəyinin təxminən 700 illik sirrini tapıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Bubon taun”u da adlandırılan virus ticarət yolları boyunca yayılaraq qitələri bürüyüb və on milyonlarla insanın həyatına son qoyub.

Belə ki, Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun professoru Yohannes Krause, “Biz təkcə “Qara ölüm”ün əcdadını deyil, həm də bu gün dünyada dolaşan taun növlərinin əksəriyyətinin əcdadını tapdıq”, – deyib.

Stirlinq Universitetinin alimi Filip Slavin isə  “Qara ölüm”ün mənşəyi ilə bağlı əsrlərdir davam edən mübahisələrə son qoyduqlarını bildirib.

Epidemiyanın mənbəyi ilə bağlı araşdırmaların sonuncusu “Nature” jurnalında dərc olunub.

Slavin 1338-39-cu illərdə Qırğızıstanın şimalında baş verən qəfil ölümlərlə bağlı 1890-cı ildə aparılan araşdırmada bir dəlil tapdıqlarını açıqlayıb. Slavin qədim DNT-ni tədqiq edən ekspertlər qrupu yaradıb və bölgəyə gedib. Bakteriyanın genomunun tam təhlili onun səkkiz il sonra Avropada “Qara ölüm”ə səbəb olan növün birbaşa əcdadı olduğu müəyyən edilib.

Alimlər bildiriblər ki, ştamın ən yaxın növü eyni bölgədən olan gəmiricilərdə də tapılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*