UEFA Avropa Liqası: “Qarabağ” ilk qələbəsini qazandı – YENİLƏNDİbackend

UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazandı - YENİLƏNDİ

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin “Budyo Qlimt” kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki “Aspmira” stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyununda üçüncü qol vurulub.

KONKRET.az xəbər verir ki, Bude şəhərindəki “Aspmira” stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb – 2:1.

59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.

***

Patrik Berq 41-ci dəqiqədə hesabı bərabərləşdirir. “Qarabağ” “Bodo Qlimt”- 1:1

***

21-ci dəqiqədə Toral Bayramov fantastik qolla hesabı açır


***
Matç başladı
***

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.

Milli.Az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç “Budyo Qlimt”i ilə qarşılaşacaq.

“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.

Avropa Liqası, Liqa mərhələsi, IV tur

21:45. “Budyo Qlimt” (Norveç)  –  “Qarabağ” (Azərbaycan)

Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)

Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov, Toral Bayramov, Yankoviç, Patrik Andrade, Kaşuk, Zubir, Addai, Olaviyo Juninyo

Ehtiyat heyət: Sadiq Məmmədzadə, Buntiç, Mateua Silva, Benzia, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Marko Veşoviç, Nəriman Axundzadə

“Bodo Qlimt”: Haykin, Şevold, Nilsen, Byortuft, Byorkan, Evyen, Berq (k), Saltnes, Zinkernaqel, Mikkelsen, Xeyre

Ehtiyat heyət: Brennbo, Vembanqomo, Qunnersen, Euklenn, Espeyor, Brustad-Fed, Helmersen, Myattya, Serli, Tomiç, Serensen, Juqel

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*