“Qarabağ” – “Bayer 04” oyununda hesab bərabərləşdi – YENİLƏNDİbackend

"Qarabağ" - "Bayer 04" oyununda hesab bərabərləşdi - YENİLƏNDİ

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb – 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

********

23:00

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Qonaqlar hesab arasındakı fərqi azaldıblar.

70-ci dəqiqədə Florian Virtz fərqlənib.

Azərbaycan çempionu hazırda öndədir – 2:1.

*********

22:39

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab 2-yə çatıb.

Azərbaycan çempionu rəqibini ikinci dəfə məyus edib.

Bu dəfə hesabı ikiyə çatdıran hücumçu Juninyo olub. İlk hissə Qarabağın üstünlüyü ilə başa çatıb.

Qol vurma anını təqdim edirik:

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*