“Qarabağ erməniləri bilməlidir ki, Vardanyana bu torpaqda sülh lazım deyil” – “Politico”backend

"Qarabağ erməniləri bilməlidir ki, Vardanyana bu torpaqda sülh lazım deyil" - "Politico"

“Qarabağda yaşayan dinc erməni əhalisi bilməlidir ki, regiona göndərilən Vardanyana bu torpaqda sülh lazım deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu nəşri “Politico” yazıb.

Nəşr yazır ki, Qarabağa köçməzdən əvvəl Vardanyan bu bölgəyə o qədər də maraq göstərmirdi. Lakin sonradan Rusiya vətəndaşlığından imtina edən, təbiətcə fürsətcil olan oliqarx qazanc əldə etmək üçün yeni bir fürsət gördü. Onun gəlişindən cəmi bir neçə həftə sonra iki qızıl mədəni yenidən açıldı.

“Həqiqətən də Vardanyanın gəliş vaxtı qeyri-adi idi. O, Qarabağ separatçıları Azərbaycanın daxilində qorunan azlıq kimi gələcəklərini qəbul etməyə hazır olduqlarını bildirən zaman gəldi. Amma indi Vardanyanın lider olması ilə onların mövqeləri kəskin xarakter alıb, yəni oliqarx və İrəvan hökuməti açıq şəkildə bir-birinə qarşı çıxır”, – deyə nəşr qeyd edir.

Məqalə müəllifi iddia edir ki, Vardanyan Qarabağın erməni icmasının ictimai rəyini sülhün əldə olunmasına qarşı yönəldə bilər ki, bu da həm Bakının, həm də İrəvanın maraqları üçün fəlakətli olacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*