backend

Qarabağ erməniləri yaxın vaxtlarda Volkovun istefasını tələb etməyə hazırlaşırlar

Qarabağ erməniləri yaxın vaxtlarda Volkovun istefasını tələb etməyə hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Nəşr” qəzeti məlumat yayıb.

“Bazar günü baş verən hadisəsindən sonra Qarabağda yenidən Rusiya əleyhinə əhval-ruhiyyə artıb. İctimai sektorun nümayəndələri yaxın vaxtlarda sülhməramlıların təlim mərkəzinin qarşısında komandir Andrey Volkovun istefası tələbi ilə etiraz aksiyaları keçirməyə hazırlaşırlar.

“QHT” sektorunun nümayəndəsi Tiqran Petrosyan da Ermənistan hakimiyyətindən özünümüdafiə məqsədilə “Arsax” əhalisini silahlandırmağı tələb edib. Çünki insident Xankəndinin burnunun ucunda, maksimum üç kilometr məsafədə baş verib.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti sərhəd icmalarının sakinlərini silah-sursatla təmin etməyi öhdəsinə götürsə də, indiyədək verdikləri vədi yerinə yetirməyib. Amma bazar günü meyitlərimiz ortalıqda qalnda “terrorçular”ın məhv edilməsi barədə əmr veriblər. Meyitlərin aparılmasına yalnız Rusiya sülhməramlılarının vasitəçiliyindən sonra icazə verilib”, – deyə nəşr bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*