“Qarabağ”ın futbolçusu Antalyada ağır zədə aldıbackend

“Qarabağ”ın futbolçusu Antalyada ağır zədə aldı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın futbolçusu Abbas Hüseynov zədələnib. 

KONKRET.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, müdafiəçinin dizindən ciddi zədə aldığını bildirib: “Hazırda müayinələr davam edir. İndidən konket olaraq nə qədər oynamayacağını demək düzgün olmaz. Təkar müayinə olacaq. Bundan sonra nəsə söyləmək olar. Hələlik həkimlərin yekun rəyi yoxdur”.

Qeyd edək ki, Abbas Hüseynov bu mövsüm Ağdam klubunda ümumilikdə 21 oyuna çıxıb, 1 qol vurub və 1  məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*