“Qarabağ”ın oyununa bilet satışında problem – Sayt çökdübackend

“Qarabağ”ın oyununa bilet satışında problem - Sayt çökdü

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşiblər.

KONKRET.az xəbər verir ki, buna səbəb biletin satışını təşkil edən “İticket” saytının çökməsi olub.

Belə ki, sayta daxil olan azarkeşlər bilet əldə edə bilmirlər. Bununla bağlı sosial şəbəkələrdə kütləvi statuslar paylaşılır.

Xatırladaq ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*