Ötən gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edib.
Görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimizin qollarını Xayme Romero, 11, Vild-Donald Gerye, 40; 51, Mahir Emreli, 80 vurub.
Mahir Emreli vurduğu qolu əsgərlərimizə həsr edib.
