““Qarabağ”la oyun üçün səfər çətin olacaq”backend

““Qarabağ”la oyun üçün səfər çətin olacaq”

Fransa “Nant”ının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda qarşılaşacaqları “Qarabağ”la oyun haqda danışıb.

KONKRET.az xəbər verir ki, o, klubun saytına müsahibəsində deyib:

“Qarabağ”la oyun üçün səfər çətin olacaq. Bəzi məhdudiyyətlər mövcuddur. Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Matçdan 3 gün sonra çempionatda “Lans”la üz-üzə gələcəyik. Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik”.

Qeyd edək ki, sentyabrın 15-i keçiriləcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*