“Qarabağ” klubu futbolçusu Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.
KONKRET.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən “köhlən atlar”da çıxış edir. Monteneqrolu oyunçunun müqaviləsi iyunda başa çatmalı idi.
