Qarabağ müharibəsi Azərbaycanın tam və dönməz qələbəsi ilə nəticələnib, bunu şübhə altına almaq yolverilməzdir – AYP-nin BƏYANATIbackend

Qarabağ müharibəsi Azərbaycanın tam və dönməz qələbəsi ilə nəticələnib, bunu şübhə altına almaq yolverilməzdir - AYP-nin BƏYANATI

Azərbaycan Yüksəliş Partiyası Baş Məclisi dünən keçirdiyi toplantıda bəyanat qəbul edib.

KONKRET.az partiyanın bəyanatını təqdim edir:

“Azərbaycan xalqı və ordusu erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq dastanı yazdı. Bu qəhrəmanlıq dastanının mürəkkəbi şəhidlərimizin qanı, vərəqləri igid əsgərlərimizin düşmənə qarşı sipər edilən sinələridir. Biz bir daha sübut etdik ki, onminillik Türk kökümüzün üzərində qurulan bir dövlətik. İndi bizə artıq sadəcə kiçik ərazisi və əhalisi olan bir millətin nümayəndəsi kimi baxmırlar. Hamı anladı ki, istər tarixi perspektivdən, istərsə də milli-mənəvi irs baxımından Azərbaycan böyük bir mədəniyyətin, irqin, mirasın – Turanın ayrılmaz parçasıdır.

Bu həqiqəti bir çox ölkələr və xalqlar anlamağa başlayıblar, ancaq qəbul etməyə tələsmirlər. Ümid edirlər ki, bu və ya digər formada xalqımızın iradəsini sındıra bilərlər. Bilərəkdən belə bir fikir tirajlanır ki, güya Azərbaycanın Qarabağda qələbəsi tam deyil və indi orada söz sahibi biz yox, Rusiyadır. Beləliklə də, insanlarımızda qələbəmizi şübhə altına almaq üçün bədbin əhval-ruhiyyə yaradırlar, ordumuzun zəfərini heçə endirməyə çalışırlar.

AY Partiya Baş Məclisinin bütün üzvləri yekdilliklə bu təblilğata “YOX” deyir və xalqımızın birliyinə zərər gətirən istənilən belə ritorikaya etiraz edir. Qarabağ müharibəsi Azərbaycanın tam və dönməz qələbəsi ilə nəticələnib və bunu şübhə altına almaq yolverilməzdir.

Bununla belə, rusiyalı sülhməramlıların dəfələrlə səlahiyyətlərinin çərçivəsindən kənara çıxan işlər görməsi haqlı olaraq cəmiyyətimizi narahat edir. Bu narahatçılıq sadəcə ayrı-ayrı şəxslərin və ya qurumların, təçkilatların deyil, həm də dövlətimizin və ordumuzun da rəhbərliyində müşahidə olunur. Ona görə də, dövlət rəhbərlliyinin açıq mətnlə bu msələlərə son verilməsi gərəktiyini dilə gətirməsi, sülhməramlıların bəzi fəaliyyətlərinə indilik göz yumduğunu, ancaq bunun belə davam edə bilməyəcəyini deməsi məsələyə ən yüksək səviyyədə münasibətin bariz nümunəsidir. AY Partiyanın Baş Məclisi dövlətimizin bu mövqeyini dəstəkləyir və lazım olan hər bir mövzuda yanında olduğunu bəyan edir.

Məsələnin geostrateji aspektindən baxanda, Türkiyənin əvəzedilməz rolunu bir daha təqdirlə qarşıladığımızı bildirməliyik. Türkiyiənin istər hərbi rəhbərlliyi, istərsə də xarici işlər sahəsinə cavabdeh olan dövlət adamları Azərbaycanın eyni sahələrdəki həmkarlarından daha çox çeviklik göstərir və Qarabağda istər ermənilərin, istərsə də Rusiyanın sülh prosesinə xələl gətirəcək addımlarına anında reaksiya verirlər. Azərbaycan rəsmilərinin də belə çevik və operativ reaksiya verəcəklərinə ümid edirik.

Qafqazın taleyi bu gün Qarabağda, Qarabağın taleyi isə Azərbaycan-Türkiyə ittifaqının qurulması planlarında həll olunur. AY Partiya Baş Məclisi hesab edir ki, Türkiyiənin Azərbaycanda bir quru, bir hava və bir dənə də dəniz bazası yaradılmalıdır. Azərbaycanın hərbi və dövlət qulluğu qanunları Türkiyənin eyni qanunları ilə eyniləşdirilməlidir, iki ölkənin ticari və iqtisadi paradiqmaları ortaq məxrəc halında müəyyənləşdirilməlidir.

Bu minvalla, AY Partiya Baş Məclis üzvləri müstəqilliyimizin keşiyində duran hər bir soydaşımızın əməyini və fədakarlığını yüksək qiymətləndirdiyini, şəhidlərimizə Tanrıdan rəhmət, yaralılarımıza şəfa dilədiyini, ərazi bütövlüyümüz yolunda dövlətimiz tərəfindən atılan hər bir addımı dəstəklədiyini, dünya azərbaycanlılarının haqq və hüququnu bundan sonra da qoruyacağını BƏYAN edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*