“Qarabağ” ordenli şəhid zabitimizin doğum günüdürbackend

"Qarabağ" ordenli şəhid zabitimizin doğum günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin ünlü kapitanı, “Qarabağ” ordeni ilə təltif olunmuş İkinci Qarabağ müharibəsi şəhidi Nəcəf Şikar oğlu Şikarovun doğum günüdür.

Nəcəf Şikarov 1992–1999-cu illərdə Xətaidəki 24 saylı tam tam orta məktəbdə, 1999–2002-ci illərdə isə CəmşidNaxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2002–2006-cı illərdə Nəcəf Şikarov HeydərƏliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda) ali hərbi təhsil alıb. Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Nəcəfin atası Şikar Şikarov da hərbçi (polkovnik) olub – o, I Qarabağ müharibəsinin qazisi idi.

Şanlı Ordumuzun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşlərdə fədakarlıqla iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhid lapitan II Fəxri Xiyabanda torpağa tapşırılıb. Şəhidimizin Zinyət, Zəhra adlı iki qız balası yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq örnəyinə, həmçinin hərbi qulluq vəzifəsində igidlik və mərdlik nümayiş etdirdiyinə görə Nəcəf Şikarov #AzərbaycanPrezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən yüksək “Qarabağ” ordeni ilə təltif olunub.

Şəhid zabitimiz həmçinin 15.12.2020 “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020) medalı ilə də təltif edilib.

İgid kapitan II Qarabağ müharibəsindən öncəki xidmət illərində də bir sıra medallarla –

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” (26.06.2008),

“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (26.06.2013),

“Azərbaycan Ordusunun 100 illiyi” (26.06.2018) yubiley medalları,

III dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2016) ilə təltif olunub.

Ruhuna dərin sayğılar!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*