Ukraynadan Moskva ilə bağlı diqqətçəkən açıqlama: Ballistik raketlər…backend

Ukraynadan Moskva ilə bağlı diqqətçəkən açıqlama: Ballistik raketlər...

Ukrayna Silahlı Qüvvələri yeni yerli istehsal ballistik raketlərdən Moskvanı hədəfə almaq üçün artıq bu payızdan etibarən istifadə edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Fire Point şirkətinin sahibi və baş konstruktoru Denis Ştilerman jurnalist Dmitri Qordona müsahibəsində bildirib.

Onun sözlərinə görə, raketin hazırlanması sınaqların son mərhələsindədir. Testlər uğurla başa çatdıqdan sonra raketlər silahlanmaya qəbul ediləcək, hədəfləri isə hərbi komandanlıq müəyyənləşdirəcək.

Ştilerman qeyd edib ki, layihənin vaxtında tamamlanması əsasən mühərrik sınaqlarının nəticələrindən asılıdır. Bununla belə, işlərin sürətləndirildiyini vurğulayıb.

Fire Point şirkəti daha əvvəl 300 kilometrədək mənzilli FP-7 və 850 kilometrədək məsafədə hədəfləri vurmaq imkanına malik FP-9 ballistik raketlərinin hazırlanması üzərində işlədiyini açıqlayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin öz ballistik raketini yaratmağa çox yaxın olduğunu bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*