Qarabağ separatçıları Paşinyanı MƏHKƏMƏYƏ VERƏCƏKbackend

Qarabağ separatçıları Paşinyanı MƏHKƏMƏYƏ VERƏCƏK

Qarabağdakı separatçı rejimə Paşinyanı məhkəməyə vermək təklif olunub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Edik Andreasyan yazıb. O, Qarabağdakı qondarma quruma müraciət edərək, Paşinyanı məhkəməyə verməyi tövsiyə edib.

“Mənə elə gəlir ki, Nikol Paşinyanın Moskvada olduğu müddətdə “Arsax” prokurorluğu ona qarşı cinayət təqibi elan edəcək. Onun həbsini çəkindirici vasitə kimi seçəcək. Sonra bütün dünya ölkələrinə, tanınmamış hakimiyyət orqanlarına müraciət edəcək ki, dövlətlər Ermənistanın Baş naziri Nikol Paşinyanı harada tutsalar, dərhal həbs etsinlər. Təbii ki, ərizənin bir nüsxəsi İrəvana göndərilməlidir ki, Ermənistan özünü hüquqi dövlətlər sıralarından kənarda qoymayıb.

Paşinyan Ermənistan və “Arsax” respublikalarının konstitusiyalarını kobud şəkildə pozduğuna, on minlərlə insanın həyatına son qoyduğuna, hakimiyyəti qəsb etdiyinə, düşmənlə şübhəli sövdələşmələrə girdiyinə, Qarabağı satdığına görə cinayətkar elan edilməlidir. O, 120 min əhalini mühacirət və soyqırım ərəfəsində qoyub.

Sınayın, əziz qarabağlılar, sizin üçün bundan pis olmaz. Hər şey mümkündür, sonda bütün beynəlxalq ictimaiyyətin diqqəti sizə yönələcək.

Hüquqşünas həmkarlarımdan xahiş edirəm ki, deyilənləri hüquqi cəhətdən sənədləşdirsinlər və Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verməkdə Qarabağa kömək etsinlər”, – deyə Andreasyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*