“Qarabağ” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi XIV turda “Səbail”i məğlub edib – 3:0.
47-ci dəqiqədə Olavio Juninyo fərqlənib. 66-cı dəqiqədə Aleksey Kaşuk ikinci qolu vurub. 88-ci dəqiqədə Leandro Andrade görüşdə son nöqtəni qoyub. Lider “Qarabağ” xallarının sayını 34-ə çatdırıb. “Dənizçilər” isə 8 xalla 9-cu sıradadır.
“Neftçi” də Misli Premyer Liqasının XIV turunda qalib gəlib. Paytaxt təmsilçisi “Neftçi Arena”da baş tutan qarşılaşmada “Zirə” üzərində 2:1 hesablı qələbə qazanıb.
Hesabı meydan sahiblərindən 28-ci dəqiqədə Filip Ozobiç açıb. İssa Cibrila 51-ci dəqiqədə “status-kvo”nu bərpa edib. 68-ci dəqiqədə adını tabloya yazdıran Emil Səfərov isə “Neftçi”nin qələbə qoluna imza atıb.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. “Zirə”nin isə 20 xalı var.
Ötən gün “Araz-Naxçıvan” “Kəpəz”i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.
KONKRET.az