“Qarabağ yaralandı, amma sağ qaldı”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ azadlıq hərəkatının 34-cü ildönümü”nə həsr olunmuş müraciətində deyib.
O, Qarabağ ermənilərinin hüquqlarının beynəlxalq səviyyədə tanınmasının vacibliyini bildirib.
“Bu gün Qarabağ yaralı olsa da sağ qalıb. Bu gün bizim addımlarımız təkcə Qarabağ ermənilərinin sosial-iqtisadi problemlərinin həllinə, təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına deyil, həm də hüquqlarının qorunmasına, bu hüquqların beynəlxalq səviyyədə tanınmasına yönəlib.
Erməni xalqı tezliklə keçmiş müharibənin yaralarını sağaldacaq və öz arzu və istəklərini həyata keçirmək naminə gələcəyə doğru daha da qəti və möhkəm addımlar atacaq, çünki bütün qəhrəman oğullarımızın xatirəsini yaşatmağın yeganə yolu budur”, – deyə Paşinyan yenə sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
