Qarabağa “Zəfər marşrutları” təşkil olunacaqbackend

Qarabağa “Zəfər marşrutları” təşkil olunacaq

Dövlət Turizm Agentliyi “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bunu report-a Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.

“Hazırda biz digər dövlət qurumları ilə birlikdə azad edilmiş ərazilərdə turizmin bərpası və inkişaf etdirilməsi, bölgənin yeni tu­rizm destinasiyasına çevrilməsi planları üzərində işləyirik. Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdıl­masına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir:

Bütövlükdə Qa­rabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur böl­gələri turizmin müxtəlif növlərinin – eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resursla­ra, geniş imkanlara malikdir. Bu mənada Ağdamı qeyd etmə­yə xüsusi ehtiyac var.

Urbisidə məruz qalmış bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zən­gin mədəni turizm potensialından xəbər verir. Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*