KONKRET.az xəbər verir ki, çağırışçı hərbiçi Artyom Qazaryan xəstəlik nəticəsində ölüb. Bu barədə Qarabağda quldur dəstələrin mətbuat xidməti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 2000-ci il təvəllüdlü Artyom Qazaryan şimal-şərq istiqamətində yerləşən hissələrdən birində xəstəlik nəticəsində keçinib.
Hadisənin səbəbləri dəqiqləşdirilir. İlkin araşdırma aparılır.
