Qarabağda “Skandinav sülhməramlılar” təklifinə İsveçdən cavab gəldibackend

Qarabağda “Skandinav sülhməramlılar” təklifinə İsveçdən cavab gəldi

İsveçin keçmiş baş naziri Karl Bildt də Skandinaviya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

“İsveç qarşıdakı sədrliyi ilə Ermənistan-Azərbaycan münaqişəsində mümkün sülhməramlı missiyasından, çətin ki, kənarda qala bilsin, amma əlbəttə, indiki anda bundan çox uzaqdayıq. Əvvəcə, barışıq olmalıdır”, – deyə o, “Twitter”-də yazıb.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bölgəyə Skandinaviya ölkələrinin sülhməramlıları cəlb olunmalıdır:

Hər iki tərəfin də Skandinaviya sülhməramlı qüvvələrini qəbul edə biləcəyinə inanırıq və regionda yerləşdirilə biləcək sülhməramlı qüvvəni bir araya gətirmək üçün Skandinaviya hökumətləri ilə danışıqlar aparırıq”, – deyə Los-Ancelesdə ABŞ erməni icmasının liderləri ilə görüşdə Obrayn vurğulayıb.

Obrayn bildirib ki, Dağlıq Qarabağdakı mürəkkəb vəziyyət neytral sülhməramlı qüvvələr tələb edir.

Donald Trampın müşaviri qeyd edib: “Danimarka, İsveç, Norveç və Finlandiya əsgərləri yaxşı hazırlıqlı və döyüş qabiliyyətlidirlər. Onlar hər iki tərəfdə razılıqla qarşılana bilərlər. Buna görə də, bu hökumətlərlə gələcək atəşkəsə daha çox ağırlıq verə biləcək silahlı müşahidəçi qüvvəsi toplamaq üzərində işləyirik”.

İsveç Xarici İşlər Nazirliyi yazılı şərhində bu günə qədər barışıq qüvvəsinə qatqı təmin etmək üçün rəsmi müraciət almadığını və belə bir əməliyyatda iştiraka dair qərar verilmədiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*