Qarabağdakı son dəstələrimiz Azərbaycanın tələbi ilə vaxtından qabaq ÇIXARILIB  – Abramyanbackend

Qarabağdakı son dəstələrimiz Azərbaycanın tələbi ilə vaxtından qabaq ÇIXARILIB - Abramyan

“Azərbaycan Ermənistanda mövcud hakimiyyəti tamamilə aşağılamaq üçün hər şeyi edir”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” Partiyasının üzvü, deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. O, Qarabağda Ermənistandan olan sonuncu çağırışçıların təcili tərxis olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

“2 il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan oğlanlarımızın Qarabağdakı son dəstələrinin 2022-ci ilin avqustunda tərxis edilməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə 2022-ci ilin avqustundan əvvəl həyata keçirilib. Yəni, Laçın dəhlizinin bağlanması məsələsində olduğu kimi, bu işdə də Azərbaycan öz siyasi prioritetlərini reallaşdırmaqla yanaşı, Ermənistan hakimiyyətini sona qədər aşağılamaq üçün hər şeyi edir.

Qarabağ “hakimiyyəti” və “müdafiə ordusu” tərxisetmənin niyə tələsik hansı sənəd əsasında aparılmasına münasibət bildirməlidir”, – Abramyan sərsəmləyib.

Erməni tərəfin yaydığı məlumata görə, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan çağırışçılar Qarabağa göndərilmir. Ermənistandan Qarabağa çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*