“Qarabağdan gələnlərə mənzillər verəcəyik” – Paşinyanbackend

“Qarabağdan gələnlərə mənzillər verəcəyik” - Paşinyan

“Yaxın vaxtlarda biz Qarabağdan gəlmiş sakinlərə mənzillərin verilməsi proqramını qəbul edəcəyik”.

KONKRET.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan verib.

“Bu, geniş proqramdır, lakin mən onu qısaca təqdim etmək istəyirəm, çünki baş nazirin müavini tam paketi daha sonra ətraflı şəkildə təqdim edəcək. Biz Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bacı və qardaşlarımıza bir neçə istiqamətdə dəstək olmaq qərarına gəlmişik. Birincisi, ev tikməkdir. İkincisi, mövcud ipoteka krediti olan şəxslərə ev verməkdən ibarətdir. Təbii ki, biz onlara bu istiqamətdə də dəstək verəcəyik”, – deyə Paşinyan bildirib.

O, 6 nəfərlik ailənin 30 milyon dram dəstək almaq imkanının olacağını vurğulayıb. “Bununla mənzil almaq mümkündür. Proqramın başlanğıcında azyaşlı uşaqları olan ailələrə üstünlük veriləcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*