“Qarabağı Azərbaycan ərazisi kimi tanımaq bu mövzunu həmişəlik bağlayacaq” – Erməni deputatlarbackend

"Qarabağı Azərbaycan ərazisi kimi tanımaq bu mövzunu həmişəlik bağlayacaq" - Erməni deputatlar

Ermənistan parlamenti Qarabağı Azərbaycanın bir hissəsi kimi görür.

KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır. Nəşr bildirir ki, parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasında bir neçə deputatın irəli sürdüyü təklif-tezisdən sonra əsl dava başlayıb.

Nəşrin yazdığına görə, partiyanın deputatları Marina Karapetyan, Sona Qazaryan, Lena Nazaryan və Arsen Torosyan sentyabrın 13-də səhər Nikol Paşinyan parlamentə gəlməmişdən əvvəl fraksiya iclasında Azərbaycanın ərazisinin tanınması tələbini bildiriblər. Onlar bununla sərhəddə davam edən gərginliyə son qoyula biləcəyini vurğulayıblar. Yəni Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq bu mövzunu həmişəlik bağlayacaq.

Bəyanat birmənalı qəbul olunmayıb, lakin qəzetin yazdığı görə, adıçəkilən deputatlar geri çəkilməyib. Onlar bu gün də deputat yoldaşlarını hazırda yeganə çıxış yolunun bu, olduğunu inandırmağa çalışırlar.

“Mən fraksiyanın qapalı iclasını şərh etmək fikrində deyiləm”, – deyə Sona Qazaryan belə bir təklifin olduğunu inkar etmədən deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*