“Hamımızın bir tapşırığı var: Qarabağı saxlamaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Daşnaksütyun partiyası “bəyanat” yayıb. “Bəyanat”dan bəzi hissələri təqdim edirik:
“Qarabağı saxlamaq üçün hamımız nə etməliyik?
Qarabağla Ermənistanı birləşdirən yeganə yol olan Laçın dəhlizi 2022-ci il dekabrın 12-dən bağlanıb.
Azərbaycan növbəti dəfə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla əldə edilmiş razılaşmaları kobud şəkildə pozur. Baxmayaraq ki, Ermənistan və Rusiya da bu məsələyə heç bir ciddi etiraz bildirmir.
Azərbaycanın bu ehtiyatsız davranışı, həmişə olduğu kimi, açıq şəkildə Türkiyənin hərbi-siyasi rəhbərliyi tərəfindən himayə olunur. Türkiyə-Azərbaycan tandeminin məqsədləri sadədir: Qarabağı parçalamaq və Ermənistanı suverenliyindən məhrum etmək.
Erməni Daşnaksütyun təşkilatı bölmələri, “Ay Dat” idarə və komissiyaları, həmkarlar ittifaqları dekabrın 12-dən başlayaraq diplomatik, siyasi, informasiya-təbliğat və humanitar müstəvidə nəhəng işlər görə bilib.
Ən yaxşısı Qarabağ ermənilərinin müdafiəsinə qalxmaq və Qarabağın hüquqlarını qorumaqdır.
Qarabağı saxlamaq üçün ölümcül döyüş hələ qabaqdadır.
Biz Ermənistan hakimiyyətini bir daha Ermənistanın və Qarabağın maraqlarına təhlükə yaradan səriştəsiz və uzaqgörən siyasətdən çəkinməyə çağırırıq.
Ermənistan Qarabağın təhlükəsizliyinin qarantının öhdəliyindən imtina edə bilməz. Qarabağın suverenliyi, ermənilərin öz müqəddəratını təyinetmə hüququ danışıqlar predmeti ola bilməz. İstənilən hərəkətin qarşısı bütün mümkün vasitələrlə alınacaq”.
P.S. Ermənilər yenə öz xəyallarında, revanşist düşüncələrində “plan”lar qururlar. Deyir, gəl, şələni tök, dalaşaq. Daşnaksütyun məqsədi, məramı bəlli terror təşkilatıdır. Onun verdiyi “bəyanat” guya nə olacaq ki. Bunlar dərs çıxarmadılar da… Dəmir Yumruğun zərbəsinin yeri sağalmamış təzədən ölmək istəyirlər.
Xuraman Etibarlı,
KONKRET.az
