“Qarabağı xilas etmək istəyirsənsə, silaha sarıl və rus ordusuna kömək et!” – Sarkisyan – VİDEObackend

"Qarabağı xilas etmək istəyirsənsə, silaha sarıl və rus ordusuna kömək et!" - Sarkisyan - VİDEO

“Qarabağı xilas etmək istəyənlər silaha sarılıb Ukraynada rus ordusuna qoşulsun”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiya məğlub olacağı təqdirdə Qarabağın müdafiəsiz qalacağına inananlar dolayısı ilə ruslara Ukraynaya qarşı mübarizədə kömək etməyi məsləhət görürlər:

Belə düşünənlər yaxşı olardı ki, öz nümunələrini göstərsinlər. Qarabağı xilas etmək üçün silaha sarılıb rus ordusuna qoşulsunlar. Yalnız bu halda etibarlı dost reputasiyasına sahib olacaqsınız, çünki yaxşı dost çətin günün dostudur. Rusiyaya bugünkü münasibətdən də görünür ki, Qarabağın və Ermənistanın təhlükəsizliyi beynəlxalq mütərəqqi birlik tərəfindən təmin edilir. Dünya zorakılığa və problemləri güc yolu ilə həll etməyə qarşı birləşib, Putinə icazə verilməyən Ərdoğan və Əliyevə də icazə verilməyəcək. Bizə sadəcə olaraq mütərəqqi dünyanın yanında olmaq lazımdır”, – deyə Sarkisyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*