“Qarabağın erməni icması Azərbaycan tərəfi ilə danışıqlar aparacaq” – “Joxovurd”backend

"Qarabağın erməni icması Azərbaycan tərəfi ilə danışıqlar aparacaq" – "Joxovurd"

Qarabağ və Azərbaycan nümayəndələri danışıqlar aparacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Qəzet bildirir ki, Baş nazir Nikol Paşinyanın sentyabrın 28-də Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə görüşündə kifayət qədər qızğın müzakirələr aparılıb.

“Paşinyan orada olanların nəzərinə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkədən silah almasına mane olmur, söhbətin hansı ölkələrdən getdiyini bildirməyib.

KTMT-dən çıxmaq mümkünlüyü müzakirə edilib. Paşinyan əvvəldən vurğulayıb ki, onlar Rusiyaya qarşı sərt danışa bilməzlər, çünki bu, qazın qiymətinə yenidən baxılmasından tutmuş buğdanın idxalına qədər bir sıra iqtisadi “şapalaqlara” başa gələ bilər”, – deyə qəzet yazır.

Qarabağla bağlı danışıqlara gəlincə, görüş zamanı vurğulanıb ki, onları Qarabağın erməni icması özü aparmalıdır. Göründüyü kimi, danışıqlar Qarabağ-Rusiya-Azərbaycan formatında keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

  • Mais
    Oktyabr 2, 2022 - 06:11

    Paşik bəlkə həmişəki kimi haykanuşlarınızı irəli buraxasız, həmişəki kimi…ay peysər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*