Qarabağın erməni sakinlərinə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılırbackend

Qarabağın erməni sakinlərinə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

  • Garachanta
    Sentyabr 21, 2023 - 20:51

    SSENARİ: rus gavurları Xankəndində erməniləri qorxudur ki, qaçın türklər gəlir sizi kəsib doğrayacaqlar və erməniləri yönləndirirlər Xocalı aeroportuna…sonra ruslar onları öyrədəcəlkər ki, Azərbaycandan aeroptun və hava məkanının açılmasını tələb edin….SONRA ….

  • Garachanta
    Sentyabr 21, 2023 - 22:09
  • Fəxrəddin
    Sentyabr 21, 2023 - 22:34

    BU HÖKUMƏT ŞƏHİD AİLƏLƏRİNƏ,QAZİLƏRƏ,VETERANLARA VƏ AZƏRBAYCAN UŞAQLARINA VERMƏYƏ PUL TAPMIR.ERMƏNİLƏRƏ BƏDAVA QAZ, ELEKTRİK,SU VƏ HƏTTA YEMƏK DƏ GÖNDƏRİR–BUNA NƏ AD VERMƏK OLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*