“Qarabağın təkcə dağlıq əraziləri deyil, düz hissələri də erməni torpağıdır” – Rusiyalı politoloqbackend

"Qarabağın təkcə dağlıq əraziləri deyil, düz hissələri də erməni torpağıdır" - Rusiyalı politoloq

“Qarabağın təkcə dağlıq əraziləri deyil, düz hissələri də erməni torpağıdır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı filosof, Qara dəniz-Xəzər regionu üzrə Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Rayevski deyib.

“Qarabağ erməni torpağıdır. Üstəlik, onun təkcə dağlıq əraziləri deyil, həm də düz hissələri də buraya daxildir.

Böyük Vətən Müharibəsi illərində ermənilərin verdiyi 65 marşal və generaldan 36-sı Qarabağdan idi. Türkiyə və İsrailin dron zavodları olmasaydı, Azərbaycan heç vaxt qalib gəlməzdi.

“Arsax” tanınmamış olsa da, müstəqil erməni “dövlət”idir və Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur”, – deyə “filosof” sayıqlayıb.

P.S. Bu qocanın o qədər titulu var ki, yəqin bu cür cəfəngiyyatlara, sayıqlamalara, “filosof”luğa görə veriblər. Ermənipərəstliklərinə görə həqiqəti deməyə dilləri gəlmir, utanmadan, həyasızcasına yalan danışırlar. Yalan ayaq tutar, yeriməz. Bu yalanlar da ermənilərin cibini boşaltmaq üçün istifadə olunur yəqin.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*