Qaribaşvili Qərbə ÜZ TUTDU: “2008-ci ildə Rusiyaya niyə sanksiyalar tətbiq olunmadı?”backend

Qaribaşvili Qərbə ÜZ TUTDU: "2008-ci ildə Rusiyaya niyə sanksiyalar tətbiq olunmadı?"

“2008-ci ildə harada idiniz? Rusiyaya qarşı niyə sanksiyalar tətbiq olunmadı?”

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili deyib.

O, 2008-ci ilin avqust müharibəsindən sonra dünya ictimaiyyətinin mövqeyini xatırladaraq, incikliyini bildirib. Baş nazir 2008-ci ildə dünyanın heç bir ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyini diqqətə çatdırıb.

“2008-ci ildə Gürcüstanda müharibə oldu. Müharibə zamanı hansısa sanksiyalar tətbiq etdiyini xatırlayırsınızmı? Kimsə bunu etdimi? Heç kim! O müharibə vəziyyətində dünyada heç kim nə düzgün, nə də adekvat reaksiya verdi. Onda mənim sualım cavab verin, burada məntiq var? Ukraynadakı müharibədir, bizdəki müharibə deyildi?”, – Qaribaşvili vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*