Qaxda 43 yaşlı kişi ZƏHƏRLƏNDİbackend

Qaxda 43 yaşlı kişi ZƏHƏRLƏNDİ

Qax rayonunda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib.

KONKRET.az xəbər  verir ki, hadisə avqustun 6-da rayonun Tanqıt kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 43 yaşlı Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib. Daha sonra o, xəstəxanaya müraciət edib.

Hazırda Fehruz Fərzəliyevin müalicəsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*