Qaxda alça ağacı qış mövsümündə çiçək açdı – FOTObackend

Qaxda alça ağacı qış mövsümündə çiçək açdı - FOTO

Qaxda alça ağacı çiçək açıb.

KONKRET.az xəbər verir ki, maraqlı və qeyri-adi təbiət hadisəsi rayonun Qaxbaş kəndində Dünya Məmmədovanın həyətyanı sahəsində qeydə alınıb.

Bayram öncəsi həyətində təmizlik işləri aparan qadın alça ağacının çiçəkləməsinin şahidi olub.

Mütəxəssislərin sözlərinə görə, alça ağacı yazda çiçək açmalıdır. Ağacın qışda çiçəkləməsi anormal hadisədir. Ağacın çiçək açdıqdan sonra bar verməsi isə mümkün deyil. Çünki havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni çiçəklər quruyur.

Qeyd edək ki, Qaxbaş dağlıq kənddir və burada havanın temperaturu əksər vaxtlar normadan aşağı olur.

(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*