Qaxda yanğın: Xəsarət alan varbackend

Qaxda yanğın: Xəsarət alan var

Qax rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qax rayonunda ümumi sahəsi 400 m² olan mağazanın zirzəmisində karton taralar 5 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*