“Qayalı” marketlər şəbəkəsinin Şamaxıda yeni ticarət mərkəzi açılıb – VİDEObackend

"Qayalı" marketlər şəbəkəsinin Şamaxıda yeni ticarət mərkəzi açılıb - VİDEO

Dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhrələnərək hər zaman özəl sektorun inkişafına töhfə verən “Qayalı” marketlər şəbəkəsi sayca 12-ci ticarət mərkəzini vətəndaşların ixtiyarına verib.

KONKRET.az xəbər verir ki, 2010-cu ildən ilk mağazası ilə fəaliyyətə başlayan marketlər şəbəkəsi bu dəfə özündə bol çeşidi, ucuz qiyməti və yüksək keyfiyyəti birləşdirən böyük ticarət mərkəzi ilə Şamaxı sakinlərini sevindirib.

200 nəfərə yaxın insanın işlə təmin olunacağı yeni filialın açılış mərasimində ölkənin tanınmış televiziya aparıcısı Leyla Quliyeva Şamaxı sakinlərini salamlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fəaliyyət göstərdiyi illər ərzində şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşan “Qayalı” marketlər şəbəkəsinin rəhbərliyi bu dəfə də öz ənənəsinə sadiq qalıb.

Yeni filialla yanaşı şəhid Asif Azayevin əziz xatirəsini əbədiləşdirmək üçün tikilən bulağın da açılış mərasimi keçirilib.

Açılış mərasimində Şamaxı rayon İcra Hakimyyətinin başçısı Tahir Məmmədov, “Qayalı” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Məsud Əzizli və şəhidin qardaşı Bəxtiyar Azayev çıxış ediblər.

Daha sonra yeni filialın möhtəşəm açılış mərasimi baş tutub.

Açılış mərasiminin bədii hissəsi konsert proqramı ilə davam edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*