Qayana Zakiyan: “Çürük Nikolun məqsədi yolunda olan hər şeyi məhv etməkdir”backend

Qayana Zakiyan: “Çürük Nikolun məqsədi yolunda olan hər şeyi məhv etməkdir”

“Paşinyan sizin və yalnız sizin layihənizdir. Və mənə “o, Serjin layihəsidir” deməyin. Qoyun kimi bir şizofreniya xəstəsini izləyən siz idiniz”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xankəndi ermənisi, bloger Qayana Zakiyan deyib.

O, özünün facebook statusunda daha sonra yazıb: Oğlanlarımızın ölümü, hələ də həbsdə olan oğlanların işgəncəsi, verilən torpaqlar, evsiz qalan qaçqınlar bir dəfə də olsun sizin vicdanınızı oyadıb meydana çıxarmadı.

Buna görə də bəhanə etməyə çalışmayın. Sizi bağışlamaq olmaz! İstisnasız hamınız Vətənə xəyanət etdiniz. Uca Yaradanın hüzuruna çıxdığınız zaman oradakı oğlanlardan bağışlanma diləməyə çalışın. Bəlkə size bağışlayarlar. Amma mən heç vaxt sizi əfv etməyəcəyəm”.

Q.Zakiyan Nikol Paşinyanı sərt tənqid edib. O vurğulayıb ki, “Çürük Nikolun məqsədi yolunda olan hər şeyi məhv etməkdir. Doğulanda artıq ona “satqın” damğası vurulmuşdu. Və bu xroniki diaqnozla bütün ömrünü yaşayır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*