Konqo Demokratik Respublikasında qayıq batıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 145 nəfər itkin düşüb, 55 nəfər isə xilas edilib.
Məlumata görə, hadisə ölkənin şimal-qərbindəki Lulonqa çayında baş verib.
Qeyd olunub ki, qayıq həddindən artıq yükləndiyi üçün batıb.
İqbal Rzayev,
KONKRET.az