Haitinin Tortuqa adasından insanları daşıyan qayıq qəzaya uğrayıb.
KONKRET.az–ın “TASS”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb. İtkin düşənlərin dəqiq sayı barədə məlumat verilmir.
Bildirilir ki, 9 nəfəri xilas etmək mümkün olub, hazırda onlara tibbi yardım göstərilir.
modern.az
