Qazaxıstan hökuməti bu ilin sonuna qədər Avrasiya İqtisadi İttifaqı ölkələrindən, o cümlədən Rusiyadan buğda idxalına məhdudiyyət tətbiq edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu qərar daxili bazarda qiymətlərin tənzimlənməsi məqsədilə verilib.
Bunu Qazaxıstan baş nazirinin müavini Serik Jumanqarin brifinqdə bildirib. Onun sözlərinə görə, respublikaya buğda boz sxemlərlə idxal edilib: “ Boz sxemlər üzrə, tonu 60-80 dollara satılan buğda növləri var. Bu isə bazara təsir edir. Minlərlə fermerin əməyini zərərsizləşdirir və ixracda çaşqınlıq yaradır. Bu qadağa bizə daxili bazarda qiyməti müəyyən etmək üçün lazım idi ”, – deyə hökumət başçısının müavini izah edib .
Vəli Həsənoğlu,
KONKRET.az