Qazaxıstan əcnəbilərin ölkəyə girişi ilə bağlı qaydaları SƏRTLƏŞDİRDİbackend

Qazaxıstan əcnəbilərin ölkəyə girişi ilə bağlı qaydaları SƏRTLƏŞDİRDİ

Qazaxıstan hökuməti əcnəbilərin respublikaya giriş və qalma qaydalarına dəyişiklik edib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, yanvarın 27-dən qüvvəyə minəcək yeni prosedura əsasən, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin vətəndaşları, o cümlədən ruslar Qazaxıstanda 90 gündən çox qala bilməz.

Belə ki, əvvəllər qalma müddəti başa çatan miqrantlar ölkəni tərk edib geri qayıda bilirdilər. İndi isə qalma müddəti bitən əcnəbilərin ölkəyə girişinə icazə verilməyəcək.

Qeyd olunub ki, müvəqqəti yaşamaq icazəsi olanlara yeni qaydalar təsir etmir.

Məlumata görə, 2022-ci ildə Qazaxıstana 5,6 milyondan çox əcnəbi daxil olub.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin sədri Aslan Atalıkov bildirib ki, onların 2,9 milyonu Rusiyadan gəlib.

Onun sözlərinə görə, sentyabrda 406 min rus ölkəyə daxil olub. Onlardan 36 min nəfəri müvəqqəti yaşamaq icazəsi alıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*