“Baykonur” kosmodromu və ətraf ərazilər Qazaxıstan ilə Rusiya arasında bağlanmış sazişə əsasən 2050-ci ilə qədər Moskvaya icarəyə verilib.
Qazaxıstan kosmodromun icarə müqaviləsinə daha sərfəli şərtlərlə yenidən baxmaq niyyətindədirmi?
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabekov jurnalistlərin sualını cavablandırıb.
Onun sözlərinə görə, müqavilə 1994-cü ildə bağlanıb və bir neçə dəfə uzadılıb.
“Biz sadəcə kirayəçi deyilik, kosmodromun fəaliyyətində də fəal iştirak edirik. Əgər müqaviləyə yenidən baxılmırsa, bu o demək deyil ki, əməkdaşlıq inkişaf etmir ”, – deyə nazir müavini bildirib.
Malik Oljabekov qeyd edib ki, hazırda kosmodromun kirayə haqqı ildə 115 milyon dollardır:
“Bu gün kirayə haqqı ildə 115 milyon dollardır. Əgər inflyasiyadan danışırıqsa, nəzərə almalıyıq ki, biz indiki məzənnə ilə ödəyirik. Ona görə də təngədə qiymət 1994-cü ildən xeyli artıb. 1994-cü ildə 115 milyon dollar bu il fərqli məbləğdir”.
İqbal Rzayev,
KONKRET.az
