“Parlamentin səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunacaq”.
KONKRET.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Dövlət başçısı həmçinin növbədənkənar seçkilərin keçirilməsi imkanları barədə də danışıqlar aparılacağını da qeyd edib.
Xatırladaq ki, Kasım-Jomart Tokayev bundan əvvəl ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi ilə bağlı bir sıra göstərişlər vermişdi, həmçinin altı ay müddətində maye qaz, benzin və dizelin qiymətlərinin tənzimlənməsini tapşırmışdı.
