Qazaxıstan sovet toponimlərindən İMTİNA EDİRbackend

Qazaxıstan sovet toponimlərindən İMTİNA EDİR

Qazaxıstanın Ulytau vilayətinin administrasiya rəhbəri Berik Abdıqaliuli respublikanın bir neçə bölgəsinə qazax adlarının qaytarılmasını və bununla da sovet toponimlərindən imtina etməyi təklif edib.

KONKRET.az Tengrinews”a istinadən xəbər verir ki, 2022-ci il martın 16-da ölkə lideri Kasım-Jomart Tokayev xalqa müraciətində üç yeni bölgənin (Abay, Jetısu və Ulytau) yaradılmasını təklif edib. İyunun 8-də prezidentin müvafiq fərmanı qüvvəyə minib.

Abdıqaliulinin sözlərinə görə, keçən il üç yeni bölgəyə qazax adlarının verilməsi ruhlandırıcı hadisə olub.

“Hesab edirəm ki, onların yerinə min illik tarixi olan müqəddəs torpaqların adları qoyulmalıdır”, – o deyib.

Qeyd edək ki, hazırda Qazaxıstanda 17 rayon və respublika əhəmiyyətli iki şəhər (Alma-Ata və Çimkənd) var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*