Qazaxıstan XİN: “Keosayanın ölkəyə girişi QADAĞAN OLUNACAQ”backend

Qazaxıstan XİN: "Keosayanın ölkəyə girişi QADAĞAN OLUNACAQ"

Keosayanın təhqir və təhdid dolu çıxışlarına görə, ölkəyə girişi qadağan olunacaq.

KONKRET.az Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov deyib. O bildirib ki, Keosayanın çıxışları nəticəsində “arzuolunmaz şəxs” elan olunacaq.

“Rusiyalı jurnalist Tiqran Keosayanın təhqiramiz və mahiyyətcə qərəzli çıxışı diqqətimizdədir. Ola bilsin ki, onun bəyanatı Rusiya ictimai-siyasi təmsilçiliyinin müəyyən hissəsinin fikirlərini əks etdirir. Lakin heç bir halda bizim ölkələrimiz arasında dövlət başçıları səviyyəsində mövcud sazişlərin və əməkdaşlığın ruhuna və məzmununa uyğun gəlmir. Oxşar çıxışlar mehriban qonşuluq münasibətləri mühitini zəhərləyir və strateji tərəfdaşlıq əleyhdarlarının əlinə keçir.

İnanıram ki, o, Qazaxıstana girişi arzuolunmaz şəxslər siyahısına salınacaq”, – Aybek Smadiyarov deyib.

Xatırladaq ki, bu gün Tiqran Keosayan açıqlama verərək qonşu ölkələri Rusiya ilə Ukrayna arasında seçim etməyə çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*