Qazaxıstanda prezident seçkiləri başa çatdı – YENİLƏNİBbackend

Qazaxıstanda prezident seçkiləri başa çatdı - YENİLƏNİB

Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb.

KONKRET.az xəbər verir ki, ölkədəki bütün seçki məntəqələri bağlanıb.

Qeyd olunub ki, səslərin hesablanması başlayıb. Seçici fəallığının ilkin yekunlarını ölkənin Mərkəzi Seçki Komissiyasının 1 saat sonra açıqlayacağı gözlənilir.

13:36

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Prezident seçkilərində səsvermə saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək. Bəzi hallarda yerli seçki komissiyaları məntəqələrin iş vaxtını uzada bilər.

Qazaxıstan MSK-nın məlumatına görə, seçkilərin ilk beş saatı ərzində ən çox seçici fəallığı Türkistan vilayətində qeydə alınıb – 64,21 faiz. Paytaxtda səsvermədə iştirak edənlərin sayı 19,33 faiz, Almatı şəhərində 16,88 təşkil edir. İndiyədək səsvermədə seçici siyahılarına daxil olunmuş 11 milyon 950 min 485 seçicidən 4 milyon 607 minə qədəri iştirak edib.

Qeyd edək ki, dövlət başçısı postu uğrunda hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.

***

Qazaxıstanda bazar günü seçki məntəqələri açılıb, ölkə prezidentliyinə namizədlər üçün səsvermə başlayıb.

KONKRET.az xəbər verir ki, Qazaxıstanda və xaricdə yaradılmış 10,1 mindən çox seçki məntəqəsindən əksəriyyəti Astana vaxtı ilə saat 07:00-da qapılarını seçicilərin üzünə açıb.

Məlumata görə, paytaxt Almatı və Çimkənddə 86 seçki məntəqəsi bir saat əvvəl – saat 6:00-da işə başlayıb.

Qazaxıstanın 20 rayonundan beşində seçki məntəqələri fərqli saat qurşağında olduqları üçün bir saat sonra açılacaq. Seçicilərin yerli vaxtla saat 20:00-a qədər səs vermək hüququ var, bundan sonra məntəqələrdə səslərin hesablanmasına başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*