Qazaxıstanda anomal istilər: fövqəladə durum elan edildibackend

Qazaxıstanda anomal istilər: fövqəladə durum elan edildi

Qazaxıstan hakimiyyəti anomal isti hava şəraiti və suvarma üçün suyun olmaması səbəbindən Jambil vilayətinin altı rayonunda təbii xarakterli fövqəladə vəziyyət rejimi elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Jambil vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş nazirin göstərişinə uyğun olaraq, Bayzak, Jambil, Korday, Merken, T.Rıskulov və Talas rayonlarında fövqəladə vəziyyət rejimi elan edilib, fermerlərə dəyən zərərin ödənilməsi üçün vəsait ayrılıb.

Məlumata görə, bu il regionda suvarma suyunun olmaması və havaların anomal isti keçməsi səbəbindən sözügedən ərazilərdə məhsul itkisinin ötən illə müqayisədə təxminən 25-30 faiz olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*