Qazaxıstanda daha bir azərbaycanlı dünyasını dəyişdi – KORONAVİRUSA GÖRƏbackend

Qazaxıstanda daha bir azərbaycanlı dünyasını dəyişdi - KORONAVİRUSA GÖRƏ

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Nur-Sultan şəhərində “Berkut” kafesinin sahibi Şükür Əzimov dünyasını dəyişib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əslən Bərdə rayonundan olan həmyerlimiz uzun müddət idi ki, Qazaxıstanda sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu.

İlkin ehtimallara görə, onun koronavirusdan öldüyü bildirilir. Qeyd edək ki, Şükür Əzimov 1948-ci il mayın 29-da Bərdə rayonunun Gərənə kəndində doğulub boya-başa çatıb.

Mərhumun dəfn edilmək üçün Azərbaycana gətiriləcəyi gözlənilir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*