Qazaxıstanda Nazarbayev epoxasına birdəfəlik nöqtə qoyulmasına hazırlıq gedir.
KONKRET.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu gün Nursultan Nazarbayev barədə yekun qərarlar hazırlanıb.
Belə ki, Qazaxıstan parlamentinin aşağı palatası Nazarbayevin ömürlük Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına sədrliyini ləğv edən düzəlişləri təsdiqləyib.
Qazaxıstanda hakim “Nur Otan” Partiyasının Nazarbayevdən sədr postunun Tokayevə keçəcəyi qurultayı yanvarın 28-də onlayn keçiriləcək.
Qazaxıstanda Nazarbayevin toxunulmazlığından məhrum edilməsi tələbi ilə petisiya üçün imzalar toplanır.
Xuraman Etibarlı,
KONKRET.az
