Qazaxıstanda seçkilər başladı backend

Qazaxıstanda seçkilər başladı 

Qazaxıstanda yerli nümayəndəlik orqanları olan məclislərin (maslihatların) deputatlarının növbədənkənar seçkilərinə start verilib. Səsvermədə 12,6 milyondan çox vətəndaşın iştirak etmək hüququ var.

KONKRET.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə bütün seçki məntəqələri fəaliyyətə başlayıb. Maslihatlarda deputat mandatı uğrunda müstəqil namizədlərlə yanaşı, yeddi siyasi partiyanın təmsilçiləri də mübarizə aparır.

Seçkilərdə “Auyl” Partiyası, Ümumxalq Sosial-Demokrat Partiyası, Qazaxıstan Xalq Partiyası, “Respublica” Partiyası, Qazaxıstanın “Aq Jol” Demokratik Partiyası, “Baytaq” Qazaxıstan Yaşıllar Partiyası və “Adilet” Partiyası iştirak edir.

Yerli nümayəndəlik orqanlarının deputatları beş il müddətinə seçilirlər. Ümumilikdə ölkə üzrə 228 maslihatın formalaşdırılması nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, deputat mandatı uğrunda mübarizə aparmaq üçün ümumilikdə 10 582 namizəd qeydə alınıb.

Səsvermənin yekunlarının dekabrın 3-dən gec olmayaraq açıqlanması gözlənilir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*