Qazaxıstandakı seçkilərlə bağlı Bakıda seçki məntəqəsi açıldıbackend

Qazaxıstandakı seçkilərlə bağlı Bakıda seçki məntəqəsi açıldı

Qazaxıstanda prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılıb.

KONKRET.az xəbər verir ki, səsvermə Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı məntəqə seçki komissiyası tərəfindən keçirilir.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçirilir. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydiyyatdan keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*